beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalançı tənək dolması resepti

Tərkibi:
təzə tənək yarpağı
200 q yumru düyü
100 q quyruq
1-2 baş soğan
1 dəstə təzə nanə
1 dəstə şüyüd
1 dəstə keşniş
1 dəstə göy soğan
kəvər (istəyə görə)
1 diş sarımsaq (istəyə görə)
duz
istiot
sarıkök (istəyə görə)
2 x.q. kərə yağı
0,5 st. qaynar su

Hazırlanması:
Bir iri, yaxud iki ortaboy baş soğanı xırda doğrayın. Göyərtiləri yuyub xırda doğrayın. Quyruğu ət maşınından keçirin. Sarımsağı əzin.

Düyüyə yarım stəkan qaynar su, quyruq, kərə yağı (bitki yağı da olar), doğranmış soğan və göyərti, duz, istiot, sarıkök əlavə edib qarışdırın.

Təzə yarpağı qaynar suda yuyun, rəngi dəyişəndə aşsüzənə düzün. Sonra yumru, yaxud uzunsov formalı dolmalar bükün. Qazana sırayla düzün. Üzərinə çıxanadək soyuq su tökün. Suyunu çəkənədək bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:49 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Dolmalar