beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quru badımcan və bibər dolması resepti

Tərkibi:
10 ədəd quru badımcan
10 ədəd quru bibər
Bir yarım su stəkanı düyü
250 qram qıyma
2 xörək qaşığı soğan
8 diş sarmısaq
2 xörək qaşığı bibər tomatı
1 çay stəkanı duru yağ
1 çay qaşığı limon turşusu
Duz
İstiot

Hazırlanması:
Quru badımcanları yarım saat qaynadın. Ocaqdan götürmədən əvvəl bibərləri əlavə edib, yumşaldın. Dərin bir qaba qıyma, əvvəldən isladılmış düyü, duz, istiot, 1 xörək qaşığı bibər tomatı, incə doğranmış soğan və sarmısaqları əlavə edərək qarışdırın. Hazırlanmış olan vəsaiti bibər və badımcanlara doldurun. Badımcanları alta gələcək şəkildə qazana düzün. 1 litr suya 1 qaşıq bibər tomatı, duru yağ və 1 çay qaşığı limon turşusu əlavə edib, dolmaların üzərinə gəzdirin. Qazanın qapağını bağlayıb, 45 dəqiqə az odda bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:57 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Dolmalar