beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaymaqlı göbələk dolması resepti

Tərkibi:
400 q göbələk
1 qırmızı bibər
3 x.q. xırda doğranmış cəfəri
2 dilim tost (çörək)
duz
qara istiot
60 q sürtgəcdən keçirilmimş holland pendiri
1 diş sarımsaq
30 q kərə yağı
1 x.q. qaymaq

Hazırlanması:
Göbələyin ayaqlarını çıxarın. Limonlu suda bir qədər saxlayın. Ayaqlarını xırda doğrayıb duzlu suda bişirin, bir kasaya yığın. Qıraqları kəsilib çıxarılmış tostları xırdalayın. Doğrayıb bişirdiyiniz göbələk ayaqları ilə qarışdırın. Sarımsağı sürtgəcdən keçirin, qırmızı bibəri xırda doğrayın, duz, qara istiot, cəfəri, sürtgəcdən keçirilmiş holland pendiri və qaymağı da buraya əlavə edin, qarışdırın.

Göbələkləri limonlu sudan çıxarın, siniyə düzün. İçlərinə kərə yağından az-az kəsib qoyun, 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sobadan çıxarın, qaymaqlı qarışığı içlərinə doldurun. Yenə sobaya qoyub daha 10 dəqiqə də bişirin. Süfrəyə isti-isti verin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Dolmalar