beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllü güllaç
Güllü güllaç

MATERİAL SİYAHISI:

6 güllaç yarpağı
6 su b. Süd
1 su b. Toz şəkər
2 şorba k. Şəkər kirşanı
Yarım çay b. Gül şərbəti
1 kasa filə badam

ÜZƏRİ ÜÇÜN:

Qarağat

İÇİ:

Südü qazana tökürük. İçinə şəkər və gül şərbətindən qoyuruq və qarışdırırıq. Südü ocaqda ilıdırıq.Güllaç yarpağının sığacaq böyüklükdə bir boşqaba südü tökürük. Yarpaqları ikiyə qırırıq. Yarım yarım süd tökən boşqaba basırıq və yumşalması üçün gözləyirik.

Yumşalan südün içindən alırıq və üstünə filə badam səpirik. Uzununa rulon şəklində bükürük. Rulonu, gül piroqu edər kimi öz ətrafında çeviririk və servis xonçasına alırıq. Bütün yarpaqlar qurtarana qədər bu prosesə davam edirik. Üzərilərinə qalan südü tökürük. Şəkər kirşanı səpirik. Qarağatla bəzəyərək xidmət edirik.


Tarix: 14.06.2015 / 17:47 Müəllif: Nurana Baxılıb: 84 Bölmə: Desertlər