beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++++2 Ləziz Tam Bir Arada.

Fıstıqlı Burma.

Ərzaqlar:
1 paket hazır yuxa.
250 qr incə çəkilmiş fıstıq.
300 qr kərə yağı ya da marqarin.

Şərbəti üçün:
6 su stəkanı su
6 su stəkanı şəkər
1/4 limon

Hazırlanması:
İlk olaraq şərbəti hazırlayıb şəkər və suyu ocaqda qaynadıb ən son limonu atıb bağlayın və sonra şərbəti soyumağa buraxın. Xəmirinizi paketindən çıxardıb dəzgaha açın və hər bir xəmir yarpağının üzərinə fıstıq səpin və oxlova sarıyın. Hər iki ucundan sıxışdırdıqdan sonra əlinizlə yağlanmış nimçəyə düzün. Yağı istilədib şirniyyatın üzərində gəzdirib 180 dərəcə sobada bişirin. Sobadan çıxardıb soyumuş olan şərbətinizi bərabər miqdarda nimçəyə tökün.

Soğan Şorbası.

Ərzaqlar:
10 stəkan ət suyu.
3-4 ədəd soğan.
2 yemək qaşığı kərə yağı və ya marqarin.
2 yemək qaşığı un.

İçi üçün:
2 yumurta sarısı
2 stəkan süd

Hazırlanması:
Soğanları ayırd edib ortadan ikiyə kəsərək incə, yarım halqalar halında doğrayın. Kərə yağı ilə birlikdə bir az qovurun. Un qatıb 2-3 dəqiqə qarışdırın. Ət suyu əlavə edib 30 dəqiqə yavaş-yavaş qaynadın. Çırpılmış yumurtanı qataraq bir iki burum qaynadıb ocaqdan götürün.
Üzərinə rəndələnilmiş holland pendiri səpərək xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 15:06 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Dünya mətbəxi