beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meksika üsulu ət ruleti resepti

Tərkibi:
1 iri baş soğan
1 ortaboy yerkökü
2 diş sarımsaq
1/2 qırmızı şirin bibər
1 x.q. doğranmış çili istiotu (xalapenyo) konservi
600 q mal əti
100 q qoyun əti
3 x.q. xırda suxarı
2 yumurta
1 ç.q. döyülmüş zirə
1/4 ç.q. çili tozu
duz və döyülmüş qara istiot - zövqə görə
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Soğanı, yerkökünü, şirin bibəri və sarımsağı xırda doğrayın.
Tavada 2 x.q. bitki yağını qızdırın, doğradığınız tərəvəzləri əlavə edib 7-8 dəqiqə qovurun.
Qiyməni, qovurduğunuz tərəvəzi, çili istiotlarını, suxarı, yumurta və ədviyyatı bir qabda yaxşı-yaxşı qarışdırın.
Dördbucaqlı siniyə döşəyib hamarlayın.
180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra 10 dəqiqə otaq temperaturunda saxlayın, sonra sinidən çıxarıb doğrayın.


Nuş olsun!


Tarix: 29.11.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Dünya mətbəxi