beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tavada pizza

Ərzaqlar
1 armudu stəkan qatıq
3 armudu stəkan un
2 -3 yemək qaşığı duru yağ
1 yumurta
1 çay qaşığı qabartma tozu
Duz

Sous:
1 yemək qaşığı tomat
1 şirin qaşığı kəklikotu
2 yemək qaşığı duru yağ
Bir az su

Üzəri üçün:
Göbələk, sosiska, kolbasa, zeytun, holland pendiri kimi sevdiyiniz vəsaitlər

Hazırlanması:
Bütün vəsaitləri bir qabda qarışdıraraq yoğurun.
Xəmir qaşıqla tavaya yayılacaq şəkildə konsistensiyada olmalıdır (nə bərk, nə də çox axıcı)
Yağladığınız teflon bir tavaya xəmiri qaşıqla yayın.
Sonra sous vəsaitlərini ketçap konsistensiyas alınana qədər qarışdırıb xəmirin səthinə çəkin.
Üzərinə sevdiyiniz ərzaqları yerləşdirib ən üstünə də rəndələnilmiş holland pendirini səpib qapağını bağlayın.
Alçaq atəş üzərində bişirin.

Nuş olsun !


Tarix: 29.11.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Dünya mətbəxi