beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu börək resepti

Tərkibi:
5 Ədəd yuxa
Yarım Kilo Qaynadılmış Noxud
2 Ədəd Soğan
3 Diş Sarımsaq
1 Yemək qaşığı pomidor tomatı
1 Yemək Qaşığı Bibər tomatı
1 cüt Cəfəri
Duz
Cirə (kimyon)
Qara bibər
2 şorba qaşığı zeytunyağı
2 Şorba Qaşığı Kərə yağı

Üzəri Üçün:
Yumurta Sarısı
Küncüt

Hazırlanması:
Soğan və sarımsağı xırda xırda doğruyuruq.
Geniş bir tavaya az duru yağ dökürük. doğradığımız soğan və sarımsağı tavaya alıb qarışdıraraq qovururuq.
Soğanların rəngi dəyişdikdən sonra üzərinə bibər və pomidor tomatını əlavə edərək qarışdırırıq.
Ardından qaynadılmış noxudu əlavə edirik. Duzu, qara bibəri və cirəni səpirik. və noxudları əzərək qovurmağa davam edirik.
İç xərcimizi yaxşıca qovurduqdan sonra incə doğranmış cəfəriləri əlavə edirik.
1-2 dəqiqə qədər qarışdırdıqdan sonra soyumağı üçün bir kənara qoyuruq.
2 şorba qaşığı qədər kərəyağını tavada əridirik. üzərinə 2 şorba qaşığı da zeytunyağı əlavə edirik.
1 yuxa açıb. üzərinə əridilmiş kərə-zeytun yağının qarışığından fırça köməyiylə çəkirik. 6′ya kəsirik.
Beləcə 6 ədəd üçbucaq yuxaları əldə edirik. Yuxanın geniş olan kənar qisiminə hazırladığımız Noxudlu iç xərcdən qoyuruq.
Siqaret börəyi sarar kimi rulo şəklində sarırıq.
Digər yuxaları da eyni əməliyyatı təkrar edirik.
Hazırladığımız börəkləri yağlanılmış soba nimçəsinə düzürük.
Üzərinə yumurta sarısını sürüb küncüt səpirik. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Dünya mətbəxi