beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Marşal Toyuq Kotleti

Tərkibi:

Toyuq filesi-300 q
Duru yağ-300 q
Sous üçün
Göbələk-100 q
Soğan-1 ədəd
Qoz -100 q
Qaymaq-50 q
Yumurta-2 ədəd
Suxarı
Duz, istiot

Hazırlanması:

1.Toyuq filesi açılır, döyəclənir, duzlanır, və istiotlanır.
2.Sous hazırlamaq üçün:göbələk, soğan, xırda doğranılıb yağda qovrulur, üzəriə qaymaq, xırdalanmış qoz, duz və istiot vurulub yağa düşənədək yenidən qovrulur.
3.Döyülmüş filenin üzərinə hazır sous əlavə edilib "Kiyev” kotleti kimi bükülür.
4.Yumurta çalınır, kotletlər əvvəlcə yumurtaya sonra suxarıya batırılıb duru yağda qızardılır.
5.Kotletlər süfrəyə tərəvəz salatı, düyü və ya kartofla verilə bilər.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Dünya mətbəxi