beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxın Şərqin musaka ləzzəti

Tərkibi:
Badımcan 600 qram
Zeytun yağı 80 ml
Baş soğan - 1 ədəd, 100 qram
Mal ətindən qiymə 600 qram
Ağ çaxır - 200 ml (quru)
Pomidor - 400 qram
Dəniz duzu - 1 çay qaşığı
Cəfəri qurusu - 2 çay qaşığı
Darçın - ½ çay qaşığı
Qəhvəyi şəkər tozu - 5 qram
Kartof 600 qram
Süd 500 ml
Buğda unu - 40 qram
Kərə yağı 50 qram
Muskat döyülmüş.

Hazırlanması:
1. Badımcanı 1-1,5 sm qalınlığında doğrayın, duzlayın, üzərinə zeytun yağı çiləyin və 180 dərəcə isidilən sobada 30 dəqiqə yumşalana qədər bişirin.

2. Soğanı xırda doğrayın, 2-3 dəqiqə qovurun.

3. Qiyməni soğana əlavə edib birlikdə qızardın. Ət qızaranda şərab əlavə edib 20 dəqiqə bişirin.





4. Pomidorun üzərində xaçşəkilli kəsik açın və qaynar su bir-iki dəqiqə saxlayın, sonra nazik qabığını soyun.

5. Pomidor kub formasında doğrayın və ya blenderdə əzin və ətə əlavə edin. Duz vurub 20 dəqiqə zəif odda qarışdıraraq bişirin.

6. Ədviyyat əlavə edin. Əgər sous turşməzə olarsa, bir az şəkər əlavə edin. Qarışdırın və odu söndürün.




7. Kartof isə 0,5 sm qalınlığında halqa şəklində doğrayın, duz vurub qızardın. Amma bir az çiy bişirin.




8 Soba tavasında bərabər şəkildə kartofları düzün.
9. Kartofun üzərinə qiyməni səpin.




10. Üzərindən badımcanları düzün.




11. Beşamel sousunu ərzaqların üzərindən tökün.




Sousu hazırlamaq üçün unu yağ ilə bir az qızardın, sonra soyuq südü qarışdıraraq və yavaş-yavaş əlavə edin. Duz və döyülmüş muskatı da əlavə edin. Sous qatılaşana qədər bişirin.

12. Sobanı 190 dərəcə qızdırın və xörəyi 30-40 dəqiqə bişirin.

13. Musaka süfrəyə qaynar və soyuq şəkildə verilə bilər. Soyuq musaka asan kəsilir.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:34 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Dünya mətbəxi