beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kartof krujevasında toyuq resepti

Tərkibi:
2 iri toyuq döşü
6 kartof
1 yumurta
2 x.q. un
100 q sürtgəcdən keçirilmiş pendir
1 dəstə cəfəri
duz
qara istiot
bitki yağı

Hazırlanması:
Göyərtini doğrayıb sürtgəcdən keçirilmiş pendirlə qarışdırın.

Toyuq ətini nazik lay doğrayın. Duz, istiot vurub quru tavada 2-3 dəqiqə qovurun. Teflon tavadırsa, azca bitki yağı da əlavə edin.

Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin, sıxıb suyunu çıxarın.

Yumurta, un və duz əlavə edib qarışdırın.

Tavanı qızdırın. Dibini örtəcək qədər bitki yağı tökün. Kartofu içinə yayıb yastılayın.

Bu minvalla kartof blini alınacaq.

Təxminən 2-3 dəqiqəyə blinin bir üzü hazır olacaq. Çevirin. Bir yarısına toyuğu döşəyin.

Üzərinə pendirlə göyərtini səpin. 2-3 dəqiqə sonra, alt tərəf qızaracaq, pendir əriməyə başlayacaq. O zaman blinin boş yarısını üzərinə qatlayın, hər iki üzünü 1 dəqiqə qızardın.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Dünya mətbəxi