beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi həvəsi artıran sadə pəhriz

Cinsəl həyatın müxtəlif təzahürlərini əks etdirən "Libido" daha çox ehtirası və cinsi instinkti artırır. Günümüzdə cinsi həvəsi artırmağın müxtəlif üsulları tətbiq olunur. Onlardan pəhriz üsulları xüsusi olaraq fərqlənir.
Bu pəhrizlər daha çox sağlamlıq problemi olmayan qadınlara (25-35 yaş arası) məsləhətdir. Cinsi istəyi artıran sadə pəhriz aşağıdakı kimidir:
Səhər yeməyində
- pendirli omlet (az miqdarda duru yağda bişirilmiş);
- 2 dilim çörək (tam buğdadan hazırlanmış);
- istəyə uyğun tərəvəz;
- şəkərsiz bitki çayı;
Nahar yeməyinə qədər (boş fasilələrdə)
- 1 ədəd meyvə və ya 4 ədət quru ərik;
- probiotik yoqurt;
Günorta yeməyində
- 1 pors qızardılmış toyuq döşü;
- zeytun yağı (1 çay qaşığı) əlavə olunmuş avokadolu yaşıl salat;
- 2 dilim çörək (tam buğdadan hazırlanmış);
Axşam yeməyinə qədər (boş fasilələrdə)
- 1 stəkan süd və ya qatıq;
- 4-5 yemək qaşığı yulaf əzməsi;
- 10 ədəd fındıq və ya badam, 2 ədəd qoz ləpəsi;
Axşam yeməyində:
- 1 ədəd qızardılmış balıq;
- Mövsümi tərəvəzlər;
- 1 ədəd sobada bişirilmiş kartof;
- zeytun yağı (1 çay qaşığı) əlavə olunmuş mövsümi salatlar;
Axşam yeməyindən sonra (boş fasilələrdə)
- 1 stəkan dolusu duzsuz günəbaxan yağı;
- 1 banan, 1 stəkan süd və ya qatıq;
- 4-5 yemək qaşığı yulaf əzməsi;
- 10 ədəd fındıq, badam və ya 2 ədəd qoz ləpəsi.


Tarix: 16.01.2015 / 11:30 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Cinsəl sağlamlıq