beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi istəyi artırmağın yolları

Bildiyimiz kimi əsas sağlamlıq növlərindən biri cinsi sağlamlıqdır. Məlumdur ki, bəzi ailələrdə cinsi istəksizlik probleminin olması nəsil artırmaya ciddi təsir göstərir. Uşaqlı ailələrin bir çoxunda sıx iş tempi, uşaqlara ayrılan vaxt, ev işləri, romantik problemlər və sağlamlıq problemləri kimi bir çox faktorlar cinsi istəyi azaldır.
Bu problemi həyat tərzinin vacib elementlərinə əməl etməklə həll etmək olar. Bunun üçün sağlam olmaq, idmana başlamaq, düşüncə tərzini inkişaf etdirmək, testosteron hormonu artıran qidalardan yararlanmaq, şokalad və bitki çaylarından istifadə etmək kifayətdir.
Sağlam olmaq
Aktiv cinsi həyatda sağlam olmaq hər baxımdan əhəmiyyətlidir. Çünki cinsəllik yalnız ruhən deyil bədən və zehni cəhətdən edilən bir fəaliyyətdir.
Keyfiyyətli bir orqazm üçün qan azlığı, ürək, böyrək və qaraciyər çatışmazlığı, şəkər xəstəliyi, damar sərtliyi kimi narahatlıqların olmaması lazımdır.
İdman etmək
Bədənə uyğun idman məşqlərinin faydaları çoxdur. İdman cinsi həyat üçün olduqca əhəmiyyətlidir. Daimi idman etmək performansı artırır və cütləri aktiv edir.
Düşüncə tərzi
Cinsi istək ilk olaraq zehində oyanır. Düşünərkən xəyal etməkdən, fantaziyalar qurmaqdan çəkinməyin. Bu üsullar cinsi istəyi artırmaq üçün əhəmiyyətlidir.
Şokolad Təsiri
Xoşbəxtliyin ən şirin düsturlarından biri şokoladdır. Cinsi gücü artırıcı təsirə malik şokalad (Xüsusən Bitter şokaladı) impulsları hərəkətə gətirərək gücləndirir.
Testosteronun gücünü artırmaq
Cinsi istəyi oyandıran testosteron hormonudur. Bu baxımdan yulaf, akula, balina, krevet, soya paxlası, buğda kəpək və balqabaqdan istifadə edərək testosteron hormonunu artırmaq olar. Eyni zamanda həkim müalicəsində hormon səviyyəsini artırmaq olur.
Bitki çayları
Bitki çaylarından küncütün, darçının, nanənin və s. bitki çaylarının afrodizyak təsiri olduğundan məsləhət görülür.
Duş almaq
İsti duş əzələləri yumşamasına və boşalmasına səbəb olur. Bu baxımdan cinsi əlaqədən əvvəl isti duş qəbul edilməlidir.


Tarix: 16.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Cinsəl sağlamlıq