beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi xəstəliklərə səbəb olan faktor

Mütəxəssislər, aktiv cinsi sağlamlıq üçün bəzi vacib məsələləri işıqlandırıb. Məlumata görə cinsi xəstəliklərə səbəb olan cəhətlərdən biri cinsəl sağlamlıqda vacib sayılan proseduraları gözləməməkdir. Çoxlu sekslə məşğul olmaq həm insan sağlamlığına həm də cinsi həyata mənfi təsir göstərir.
Həkimlər qeyd edirlər ki, bal ayında sistit olaraq bilinən cinsi narahatlıqlar daha çox baş verir.
Sidik yolu infeksiyaları kimi tanınan bu xəstəlikdə daha çox ağrı və yanma əlamətləri hiss edilir. Bu əlamətlər cinsi əlaqə yaşayanlarda çox olur.
Ginekoloq Dr. Mary Jane -nin sözlərinə görə sidik kisəsinə gedən uretra vaginaya təsir göstərdiyindən, seks zamanı bakteriyalar uretraya və oradan sidik kisəsinə yoluxa bilər. Bir gecədə 3 dəfədən çox yaşanan cinsi əlaqə bu cür xəstəliklərə səbəb ola bilər. Həkimlər sürüşkənləşdirici vasitələrdən istifadə etməyin qıcıqlanma və ya dəridə çatlaq kimi problemləri önlədiyini bildirib. Bu xəstəliyin əlamətlərini özündə hiss edənlər dərhal həkimə görünməli və cinsi əlaqəyə ara verməlidirlər.


Tarix: 16.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Cinsəl sağlamlıq