Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdmanın cinsi sağlamlıqda rolu

İdman cinsi həyat keyfiyyətini artıran fəaliyyətlərdən biridir. Fitness və üzmə ilə məşğul olanlar cinsi sağlamlıq üçün vacib olan 5 faydanı özləri üçün təmin etmiş olurlar. Bura cinsi performansı artırmaq, orgazm sayını artırmaq, yaşlı olduqda belə zəifləməmək, cinsi aktivlik, seksual bacarıqlar və s. aiddir:
Cinsi performansı artırmaq
Cinsi performansa fiziki problemlər qədər yuxu səviyyəsi, stress, romantik vəziyyət, ətraf mühit və s. faktorlar təsir edir. Yüksək stress səviyyəsi, gərginlik, hirsli olmaq, narahatçılıq keçirmək kişilərdə sərtləşmə, erkən boşalma, cinsi istəksizlik kimi problemlər yaradır. Bu baxımdan cinsi performansı aşağı salan işlərdən uzaqlaşmaq və idmanla məşğul olmaq lazımdır.
Məlumata görə həftə ərzində 4-5 dəfə məşq edən qadınların 88% -də, kişilərin isə 69%-də cinsi performans artıb. Onuda qeyd etmək lazımdır ki, təkcə idman məşqləri ilə kifayətlənmək olmaz. İstəyə uyğun yoqa və meditasiya məşqlərini seçim etmək olar.
Orqazm sayını artırmaq
Fərdi xüsusiyyətlər, yaş səviyyəsi, orqazmın müxtəlif reaksiyalar göstərməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, qadın nəvazişlərə daha həssas olduğundan, ehtiraslı fəaliyyətlərə və dayanıqlığa ehtiyac duyur. Bu məsələdə mütamadi idman fəaliyyətləri faydalıdır. Bu cinsi fəaliyyət zamanı dayanıqlığa və orqazm sayının artmasına imkan yaradır. Məlumata görə aparılan tədqiqatlar daimi idman edən qadınlarda orgazm sayının artdığını göstərib.
Yaşlandıqda cinsi zəifliyin qarşısını almaq
Məlumata görə yaşları 60-dan çox və idmanla məşğul olan kəslərin cinsi baxımdan zəifləmədiyini müəyyən edib. Başqa bir məlumatda bildirilir ki, nizamlı olaraq üzmə ilə məşğul olan 60 yaşındakı birinin cinsi aktivliyi 40 yaşındakı birinə bərabər olub. Deməli idman təkcə cinsi zəifliyin qarşısını almır, o həm də insanın cavan və uzunömürlü olmasına imkan yaradır.
Cinsi rahatlıq və sağlamlığa kömək etmək
İnsanların bir çoxu güclü bədənə sahib olduğundan özlərindən həmişə məmnun olurlar. Özünə güvən hissi cinsi sağlamlığa müsbət təsir göstərir. Araşdırmalar müəyyən edib ki, fiziki cəhətdən güclü olan kişilər və idmanla məşğul olan qadınlar idman etməyən yaşıdlarına görə cinsi həyatda daha sağlam və rahatdırlar.
Cinsi bacarıqlarda aktivlik
Daimi idman edən qadın və kişilər cinsi həyatlarında daha canlı olurlar. Fiziki problemləri olmadıqlarından onlarda cinsi bacarıqlar yaxşı olur.


Tarix: 16.01.2015 / 11:23 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Cinsəl sağlamlıq
loading...