beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ketçup prostat xərçənginin qarşısını alır

Araşdırma nəticəsində məlum olub ki, ketçup, tomat və pomidor prostat xərçənginin qarşısını alır.

Mütəxəssislər ketçup, tomat və pomidor sousunun prostat xərçənginin qarşısını aldığını bildirib. Eyni zamanda prostat xərçənginin müalicəsi zamanı, müalicənin müsbət istiqamətdə inkişafına kömək edir.

Mütəxəssislər, likopenin pomidorun qırmızı rəngdə olmasını təmin edən molekul olduğunu bildirib. Lokopen pomidor, qarpız və qreyfurta qırmızı rəng verir. Araşdırmalara görə, likopen prostat xərçənginin qarşısını almaq qabiliyyətinə malikdir. Tərkibində likopenin ən çox olduğu qidalar isə, tomat pastası, ketçup və pomidor sousudur. Çünki pomidor bişirildiyi üçün, lokopen faizi çoxalır. Buna görə də bu qidalar prostat xərçənginin qarşısını alır.

Prostat xərçənginə erkən diaqnoz qoyulduğu zaman əməliyyatla müalicə olunduğunu deyən mütəxəssislər: “prostat xərçəngi ləng inkişaf edən bir xəstəlikdir. Amma bu bütün növlərə aid deyil. Bu xəstəlik insanları iflic belə edə bilər. Bu səbəblə kişilər 50 yaşından sonra ən az ildə 1 dəfə həkimə gedib müayinə olunmalıdır. Ailəsində prostat xərçəngindən əziyyət çəkən varsa, 40 yaşından sonra ən az ildə 1 dəfə həkimə gedib müayinə olunmalı və qan testləri etdirməlidir.” deyib.


Tarix: 16.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Cinsəl sağlamlıq