beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köklük cinsi iqtidarsızlığa səbəb olur

İngiltərədə aparılan tədqiqatlar həddən artıq kökəlmənin cinsi zəifliyə yol açdığını bildirirlər. Tədqiqatlar həddən artıq kök olan insanlarda spermanın miqdarının arıqlara nisbətən nəzərə çarpacaq dərəcədə az olduğunu göstərmişdir. Buna səbəb isə kök kişilərdə yağın miqdarının çox olması və nəticədə yağlar orqanizmin hərarətini hər zaman yüksək saxladığı üçün kişilərdə isti cinsiyət orqanı ətrafı damarları genişləndirir və nəticədə spermanın miqdarı və keyfiyyəti aşağı düşür. Həmçinin kök kişilərdə hormonal pozğunluq digərlərinə nisbətən çox olur.
Köklük kişilərlə yanaşı qadınların da cinsi həyatına mənfi təsir göstərir. Köklük qadınlarda menstruasiya pozğunluğuna və yumurta problemlərinə yol açır ki, bu da öz növbəsində hamiləlik üçün böyük təhlükələr yaradır.
Həkimlər həddən artıq arıqlamaqla yanaşı həddən artıq kökəlməyin də qadın və kişilərdə övlad sahibi olmama risqini ortaya çıxardığını bildirirlər.


Tarix: 16.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Cinsəl sağlamlıq