Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siflis xəstəliyinin əlamətləri və müalicəsi...

Siflis tibbdə "Treponema pallidum" adlandırılan bakteriyanın səbəb olduğu müalicə edilmədiyi zaman orqanizmin böyük bir hissəsinə təsir edən və əsasən cinsi yolla yoluxan bir xəstəlikdir.
Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər il təqribən 12 milyon insan siflisə yoluxur. 90% yoluxma səbəbi cinsi əlaqə olsada bəzən bədəndəki açıq yaralardan da keçməsi mümkündür. Xəstəlik həmçinin qan vasitəsi ilə də keçə bilər. Siflisə yoluxmuş hamilə qadınlarda əksər hallarda xəstəlik ana qanından körpəyə keçir və nəticədə uşaq ya ölü doğulur ya da vaxtindan əvvəl doğulduğu üçün ölür.

Siflis 3 şəkildə özünü bildirir.
1) Erkən və ya ilkin siflis. İlkin mərhələdə bir və ya bir neçə yara müşahidə olunur. Bu yaralar böyük və qırmızı olurlar və adətən həşərat dişləməsinə bənzəyirlər, lakin, ağrısız olurlar. Bu yaralar yoluxduqdan 10-90 gün ərzində cinsiyyət və ağız ətrafında çıxırlar. Bu mərhələdə hətta müalicəsiz belə sağalmaq olur.
2) İkinci mərhələ yoluxandan 3-24 həftə sonra başlayır və 1-3 həftə sonra davam edir. Bu mərhələdə əllərdə və dabanlarda qırmızı ləkələr müşahidə olunur. Həmçinin xəstəlik ağızda ağ ləkələrə, limfatik düyünlərin artmasına, qasıq ərazisinin çoxlu nəmlənməsinə, çəkinin itməsinə səbəb olur. İlkin siflis kimi də bu mərhələ müalicə olunmadan sağala bilər.
Gizli siflis. Bu zaman infeksiya yatır (disaktiv olur), və heç bir simptomla özünü biruzə vermədən öz-özünə sağalır.
3) Üçüncü mərhələ. Əgər siflis sağalmırsa və buna baxmayaraq müalicə olunmursa, siflis ağırlaşır. Bu zaman, xəstəlik, ciddi ürək xəstəliklərinə, beyin və sinir pozğunluğuna, bu da paraliçə, korluğa, zəyif əqli inkişafa, karlığa, sonsuzluğa hətta ölümə səbəb ola bilər.

Əlamətləri: İlk olaraq bakteriyanın orqanizmə daxil olduğu yerdə (Əsasən cinsi orqan ətraflarında) qırmızı rəngdə təqribən 1 sm böyüklüyündə ağrısız, qırmızı və sulanmış çibanlar yaranmağa başlayır.
Əgər müəyyən müddətə müalicə olunmasa bakteriya orqanizmin bir çox bölgələrinə əsasən əl və ayaq nahiyələrində qırmızı səpkilər şəkilində özünü göstərməyə başlayır. Bir müddət sonra isə xəstəlik göz, beyin və sinir sistemi kimi daxili orqanlara qarşı hücuma keçdiyi üçün xaricdə öz əlamətlərini itirir və xəstəliyin keçdiyi zənn edilir nəticədə isə xəstəlik iflic və ya ölümlə nəticələnir.

Müalicəsi: xəstəliyə yoluxma halı müəyyən edilən kimi dərhal həkimə müraciət vacibdir, çünki xəstəlik inkişaf etdikcə orqanizmdə yol açdığı dəyişiklikləri sonradan bərpa etmək mümkün deyil. Siflisdən müalicə olunan şəxslər, infeksiyadan tam müalicə olunana kimi cinsi əlaqədə olmaqdan uzaq durmalıdırlar. Bu infeksiyaya yoluxmuş şəxslərin partnyorları yoxlanılmalı və lazım olsa müalicə olunmalıdırlar. Xəstəlik sinir sisteminə təsir etdikdə isə müalicə iki ilə qədər davam edə bilər. Siflisə yoluxmuş şəxslərdən uzaq duraraq özünüzü bu xəstəlikdən qoruyursunuz. Əgər siz partnyorunuzun infeksiyaya yoluxub yoluxmadığını bilmirsinizsə, özünüzü qorumaq üçün kontrasepsiyadan və qoruyucu rezinlərdən istifadə edin.


Tarix: 16.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Cinsəl sağlamlıq
loading...