Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi həyatımızın düşmənləri

Hər şey gözəl başladığı halda günlərin birində cinsi həyatınızda baş vermiş istəksizlik, məmnunsuzluq halları ilə üzləşən insanlara kömək məqsədi ilə qadın xəstəlikləri və doğum mütəxəssisi həkim Xaqan Kocatepe ilə tibbi seksologiya mütəxəssisi həkim Akif Poroy, cinsi həyatımıza kölgə sala biləcək faktorları həlləri ilə birlikdə izah ediblər. Bu izahlarda işdə olan stressin, rahatsızlıqları səbəbi ilə istifadə etdikləri dərmanların və ya həddindən artıq idmanla məşğul olmaqlarının cinsi həyata mənfi təsiri bildirilib.
Apardıqları tədqiqatlara görə aktiv bir cinsi həyat ürək və immunitet sistemini gücləndirir, ağrıları azaldır, bəzi xərçəng növlərinin meydana gəlməsini önləyir və depressiya kimi psixoloji problemlərə müsbət təsir göstərir. Tədqiqatlardan oda görsənir ki, nizamlı bir cinsi həyat, gənc və canlı görünməyin ən böyük köməkçisidir. İşdə aldığınız stress bu prosesə mənfi təsir göstərir. Hansı vəzifədə və işdə fəaliyyət göstərməyindən asılı olmayaraq stress və depresiyaya tab gətirməyən insanların bu və ya digər formada cinsi həyatlarında müxtəlif problemlərlə üzləşirlər. Stress və yorğunluğun nəticəsi insanlarda cinsi istəksizliklə, orgazm və ya ereksiya çətinlikləri ilə müşahidə olunur. Bunlar isə cinsi həyatda ciddi problemlər hesab olunur. İş həyatınıza ayırdığınız müddət nə qədər çox olursa olsun, cinsi həyatınızıda göz ardı etməmək lazımdır. İşdən gəldikdən sonara axşamlar evdə olarkən işlə məşğul olmağa uzun bir müddət ayırmamalısınız. Sekslə məşğul olmamışdan əvvəl isə tibbi müalicə müalicə üçün, xüsusilə mədə, təzyiq, diabet və depressiya dərmanları qəbul etməyiniz sinir sisteminə təsir edərək cinsi hisslərinizə mənfi təsir göstərə bilər. Rahatsızlıq və xəstəliyiniz səbəbindən dərman müalicəsi alırsınızsa və müalicənin ardından cinsi həyatınızda problemlər başlayırsa bu zaman rahatsızlıqlarınızı mütləq həkiminizə bildirin. Diabet və hiper təzyiq kimi sağlamlığınıza zərər verən və sizlərin rahatsızlığına səbəb olan hallar bilvasitə və ya birbaşa olaraq cinsi həyata pis təsir edir. Bu xəstəliyin təsiri altında qalan kişilərdə də sərtləşmə problemi, yəni ereksiya pozqunluğu ortaya çıxır. Ereksiya qadınlarda isə özünəməxsus formada olur. Xroniki xəstəliklər qadındakı fəal cinsi mexanizmləri pozaraq cinsi əlaqədə problem yaşamasına səbəb ola bilər.
Həddindən artıq idmanla məşğul olmaq cinsəl həyata təsirsiz ötüşmür. Formasını qorumağı bacaran insanların cinsi həyatda daha aktiv olmağa can atdlqları müşahidə olunub. Ancaq həddindən artıq tətbiq olunan məşq, qandakı hormon səviyyələrinə mənfi istiqamətdə təsir edərək cinsəl həyata zərbə vura bilər. Bu sahə ilə məşğul olan şəxslərin fikrinə əsasən həddindən artıq idmanla məşğul olmaq ziyandır. Əgər məşğul olacaqlarsa mütləq həkimlə razılaşdırmalıdırlar.
Spirtin qəbulu cinsi fəaliyyətə təsir edir. Spirt həm də afrodizyak xüsusiyyətə malikdir. Bu xüsusiyyətin cinsi fəaliyyətə təsiri müəyyən olunmuşdur. Lakin hər şeyin ifrat dərəcədə istehlakı orqanizmə zərər vurduğu üçün spirtli içkilərin də orqanizmə, xüsusilə cinsi həyata mənfi təsiri danılmazdır. Spirtli içkilər yüksək dozalarda alındığında cinsi motivləri azaldır və kişilərdə ereksiya probleminə səbəb olur.
Yoluxucu xəstəliklər nəyinki orqanizmə ciddi zərər vurur həm də cinsi həyata pis təsir göstərir. Genital herpes, bel soyuqluğu, xlamidya və ya AIDS kimi xəstəliklər müalicə edilmədiyi təqdirdə sonsuzluqdan daxili orqan iltihabına, erkən doğumdan ana qarınındakı körpə ölümünə qədər bir çox ciddi nəticələrə səbəb olur.
Üstəlik bəziləri yalnız cinsi əlaqə ilə deyil, yaxın olarkən (bədənlə təmasda), öpüşmə və oral əlaqə ilə də keçə bilir. Bu xəstəliklər ağrı, axıntı, sidikdə olarkən acışma, yanma kimi əlamətlərlə müşahidə olunur. Bu xəstəliklərin diaqnoz və müalicəsi üçün müntəzəm olaraq işlər görülməli, laqeydlik göstərilməməlidir.
Bəziləri isə bu sahədə yalnış iş görməkdədirlər. Cavanlıqlarını əxlaqsız işlərə sərf edib, müxtəlif insanlarla müxtəlif və mütamadi cinsi əlaqədə olanlarda var. Bu məsələlərdən tamamilə uzaq olsalar nəyinki cinsi infeksiyalarla keçən xəstəliklərdən həm də cəmiyyətdə olan tale yüklü bu və ya digər problemlərdən uzaq olarlar.


Tarix: 16.01.2015 / 11:14 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Cinsəl sağlamlıq
loading...