Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bazal hərarət

Bazal hərarət – qadının tam sakitlik halında düz bağırsağında ölçülür. Bazal hərarəti hər səhər, yataqdan ayrılmadan ölçmək lazımdır. Daha dəqiq məlumat almaq üçün bunu 2-3 ay ərzində ardıcıl etmək tələb olunur. Bunun üçün hər dəfə eyni termometrdən istifadə edin. Termometrin göstəricilərini qeyd edib, qrafik yaratmaq lazımdır.

Bazal hərarəti niyə ölçməli?

Hər bir qadının menstrual funksiyasını öyrənmək üçün bazal hərarəti ölçmək vacibdir. Bazal hərarət ovulyasiya (yumurta hüceyrənin follikuldan çıxması) haqqında dəqiq məlumat almaqda köməklik edir.
Məsələ bundadır ki, menstrual tsikl dövründə qadın orqanizmində hormonal fon daima dəyişilir. Menstrual tsiklin ikinci fazasında proqesteronun sintezinin artması termorequlyasiya mərkəzinə hipertermik təsir göstərir, bunun nəticəsində bazal hərarət 0,4-0,8°С yüksəlir. Belə bir qrafik ovulyasiyanın baş verdiyini göstərir. Mütəmadı bir neçə ayın ardıcıl qrafikini izlədikdə optimal ovulyasiya günlərini (fertil günlər) təyin etmək olar.

Normal menstrual tsikl zamanı bazal hərarət.

Normal menstrual tsikl zamanı bazal hərarət birinci faza zamanı (tsiklin ilk iki həftəsinə uyğun gəlir) 37°С dərəcədən aşağı olur (36.3-36.6), ikinci fazada isə yüksək. Təkrari menstruasiyanın başlanmasına 2 həftə qalmış 3-4 gün müddətində hərarət 37.1-37.3 dərəcəsinə qədər (fertil günlər) yüksəlir.Hərarətin 0,4°С dərəcə hüdudundan aşağı olmadan yüksəlməsi ovulyasiyanı göstərir. Təkrarı menstruasiyaya 1-2 qalmış hərarət enməyə başlayır.
Ovulyasiya gününüzü dəqiq təyin etməklə siz körpənizi dünyaya gətirə bilər və ya arzuolunmaz hamiləlikdən qoruna bilərsizin.


Tarix: 16.01.2015 / 10:54 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Cinsəl sağlamlıq
loading...