beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat vəzisi xərçəngində risk faktoru

Prostat vəzisi xərçəngi kişilər arasında ən geniş yayılmiş xəstəliklərdən biridir. Bu xəstəlikdən ABŞ-da təqribən hər il 30 000-dən artıq insan dünyasını dəyişir. Bu statistikalar da onu göstərir ki,xəstəliyin qarşısının alınması üçün öncədən müalicəsi vacibdir. Məlumat üçün bildirək ki, ABŞ-da bu xəstəlikdən əziyyət çəkənlər arasında arasında ABŞ-ın keçmış dövlət katibi Colin Powell,demokratik senator John Kerry kimi tanınmış insanlarda var.
Bu xəstəlikdə bir nömrəli risk faktoru yaşdır. Los Ancles-də yerləşən Kaliforniya Universitetinin professorları tərəfindən aparılan tədqiqatlar göstərir ki, prostat vəzisi xərçəngindən əziyyət çəkənlərin ən gənci 40-50 yaş arasidir lakin xəstələrin 70%-i 65 yaşdan yuxarı olan kişilərdi.
İrqi və etnik quruplarında bu xəstəliyə tutulma riskində böyük rolu var belə ki,tədqiqatlar zamanı məlum olmuşdur ki, Afrika Amerikalıları arasında bu xəstəlik geniş yayıldığı halda yerli Afrika kişilərində bu xəstəliyə nadir hallarda rast gəlmək olar. Həmçinin bu xəstəliyin irsi olduğu müəyyən olunmuşdur.


Tarix: 16.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Cinsəl sağlamlıq