beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi həzzi uzatmağın yolları

Müasir cəmiyyətdə "sürət" və "uğur" anlayışı idman və biznes sahələrində olduğu kimi, eləcə də cinsi həyatda sinonim hesab olunur.
Bəzən sekslə məşğul olan 2 şəxs bir-birinə bu prosesdə macal vermir. Lakin bunu bilmək lazımdır ki, bu cinsi əlaqə halında olan hadisələr heçdə təəccüblü və ayıb deyil. Bu vəziyyətdə onlarda müxtəlif seksual ehtiyaclar olur və həmin şəxslərdə (qadın ilə kişidə) özlərini təsdiq və ifadə etmək zəruri bir təlabata çevrilir. Onuda qeyd etmək lazımdır ki, bu prossesdə tələsməmək və orqazm hissini daim gücləndirmək lazımdır. Bu zaman hər fərdin cinsi həyatında olan müxtəlif ritmik hadisələri nəzərə almaq vacibdir. Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həzzinə çevrilir. Güclü şəhvət hissi hesab olunan orqazm cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini ifadə edir və getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alaraq boşalma ilə başa çatır. Müasir seksoloqlar belə hesab edirlər ki, bütün qadınlar çoxsaylı orqazma sahibdirlər, lakin əsl həqiqətdə onların yalnız 30% bu təkrarsız duyğunu keçirə bilir. Cinsi əlaqəyə tələsmədən və girmək lazımdır. Sakit bir halda sekslə məşğul olmaq insanda gərginlik və ya əsəbilik yaratmır. Buda öz növbəsində cinsi prosesə mənfi təsir göstərmir. Buna görə kişi üçün əlverişli olan pozalardan da istifadə oluna bilər. Belə ki, narahat poza kişini istər-istəməz şəhvət hissindən yayındırır və bu cinsi fəaliyyəti uzatmağa imkan verir. Qadın kifayət qədər orqazm keçirdikdən sonra kişi daha əlverişli pozaya keçib, öz kişilik "qüdrətini" bütün dolğunluğu ilə nümayiş etdirə bilər. "Seriyalı" orqazma nail olmaq üçün qadın fəal olmalı, kişini öyrədib istiqamətləndirməli, onun ehtirasını bacarıqla tənzim etməlidir. Nəhayət, bunu da deyək ki, xüsusi məşqin köməyi ilə, orqazm zamanı yığılıb açılmaq qabiliyyətinə malik əzələləri möhkəmlətmək mümkündür. Bu, qadın hissiyyatı və həssaslığını artırmağa, şəhvət hissinin daha tez oyanmasına imkan verir. Bunun üçün siz ilk növbədə, sidik ifrazatı zamanı gərilən və boşalan əzələni müəyyən etməlisiniz. Həmin əzələni tapdıqdan sonra gündə 25 dəfə onu sürətlə gərildib boşaltmağı öyrənin. Əzələni gərildin və üç saniyə bu vəziyyətdə saxlayın, sonra boş buraxın. Artıq 1-2 həftədən sonra bu məşqin faydasını aydın hiss edəcəksiniz.


Tarix: 16.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Cinsəl sağlamlıq