beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsəl terapiyanın əhəmiyyəti

Cəmiyyətdə digər vacib məvhumlar kimi aktiv cinsi həyat anlayışı da günün aktual mövzularından birinə çevrilib.
Gənclərimizdə istənilən səviyyədə bilik və bacarıqların olması onların gələcəkdə quracaqları ailənin təməl daşı hesab olunur.
Çünkü, bu mövzu ilə bağlı bilikləri olmayanlar gec-tez ailə həyatında bu səpgili problemlərinin olması səbəbi ilə cinsəl terapiyaya müraciət edirlər.
Cinsəl terapiyanı davranış metoduna və tapşırıqlara söykənən müalicə üsulu kimi də başa düşmək olar. Bu mövzuya müraciət edən kəslərin cinsi biliklərinin olması, anatomiyadan, insan fiziologiyasından yetərli anlayışlarının olması əhəmiyyətli hesab olunur. Əgər bu biliklər istənilən səviyyədə deyilsə, bu zaman həmin şəxslərin maarifləndirilməsi üsulu tətbiq olunur. Belə ki, kişilərdə və qadınlarda olan müxtəlif cinsi problemlərin həlli yetərli biliklərin olmasından sonra müxtəlif tapşırıqların ev mühitində aparılması, başqa sözlə cinsəl terapiya ilə mümkündür. Bu işdə müraciət edən şəxslərin fərdi xüsusiyyətləri mütləq bir şəkildə nəzərə alınır. Bu baxımdan cinsəl terapiyanın həftə ərzində 1 dəfə və ya 5 gündən bir tətbiqi məsləhət görülür. Onuda qeyd etmək lazımdır ki, terapiya müddətində evə qonaq qəbulunu məhdudlaşdırmaq və ya qonaq getmək sayını azaltmaq məsləhət görülür.
Bu, müalicə müddətində verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, həmçinin qısa müddətdə isə istənilən effektin alınması üçün lazımdır.


Tarix: 16.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Cinsəl sağlamlıq