beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədarlığın cinsi həyatda rolu

Günümüzdə vacib və aktual məsələlərdən biri sevgi və məhəbbətdirsə, digər bir mövzu isə nəslin davamlılığını təmin edən aktiv cinsi həyatdır.
Belə ki, bəzi şəxslərdə cinsi istəksizlik və s. problemlər sonradan insan həyatında müxtəlif çətinliklər yaradır. Misal olaraq, əgər qadın cazibədar olmağa diqqət göstərmirsə bu hal kişilərdə olan cinsəl istəyin azalmasına səbəb olur. Məhz bu baxımdan meydana gələn problemləri dəf etmək üçün kişilər və qadınlar həmin məsələlərə bir qədər həsas yanaşmalıdırlar. Çünki, bu insan həyatının maraqlı və bir o qədər də çətin bir sahəsidir. Lakin buna baxmayaraq müasir dövrdə lazımi proseduralara düzgün əməl etməklə cütlər arasında yaşanan cinsi istəksizlik və s. problemləri tez bir zamanda həll etmək olur. Həmin məsələdə müxtəlif idman salonlarında məşq proqramlarının tətbiqi də vacib sayılır. Çünki, kök qadın və kişilərin cinsi həyatı o qədər uğurlu olmur. Bu prosesə müxtəlif xəstəliklər və dərman müalicəsi, cazibədarlığın olmaması ucbatından cinsi aktivliyin aşağı olması və s. səbəblər daxildir. Ona görə də həmişə üzgüçülük və digər faydalı idman növləri ilə məşğul olaraq daim formada olmaq vacibdir. Bu həm də qadınların cazibədar olmasına gətirib çıxarır. Həmin əlaqədə daha çox kişilər cinsi əlaqənin məsuliyyətini anlamalı və həmin prosesi düzgün idarə etməyi bacarmalıdır. Başqa sözlə qadınlarda olan doyma ehtiyacını təmin etməlidirlər. Bu məsələdə vacib cəhətlərdən biri kişilərin qadına necə zövq verəcəyini qabaqcadan bilməsidir.


Tarix: 16.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Cinsəl sağlamlıq