beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu qidalar da cinsəl sağlamlığa təsirlidir

Meyvələrdən banan və avokado, dəniz məhsullarından somon, ton balığı, müalicəvi bitkilərdən kərəviz kimi faydalı bitkilər də cinsəl sağlamlığı qorumağa kömək edir.
Onuda qeyd etmək lazımdır ki, çərəzlər, şokolad və yağsız süd məhsulları da xeyirlidir.
Bu qidalardan gün ərzində istifadə insanı xoşbəxt etməyə və ruh halını nizama salmağa yardım edir.
Bananda kalium olduğundan "xoşbəxtlik hormonu"-nu artırır və serotoninə təsir göstərir.
Məlumata görə bu müalicəvi meyvə sinirləri sakitləşdirməyə və boşaltmağa faydalıdır.
Tərkibində Omega 3 olan dəniz məhsulları isə cinsəl sağlamlıq üçün yaxşı seçimlərdən biridir. Somon balığı və ton balığı kimi balıqlar insanı rahatlatmağa təsirlidir.
Qabıqlı dəniz canlılarında B vitamini, maqnezium və sink kimi minerallar olduğundan cinsəl sağlamlığa faydalıdır.
Həmçinin serotonin istehsalına dəstək olaraq cinsi həvəsi artırmağa kömək edir. Jenşen, kərəviz kimi faydalı bitkilər isə hormonlar arasında tarazlıq yaradır.
Çərəzlərdən fıstığı xüsusi qeyd etmək olar. Bu çərəz cinsəl sağlamlıq problemi olanlara yaxşı təsir göstərir.
Yağsız süd məhsulları da tərkibində D-B vitamini, maqnezium, sink kimi minerallar olduğundan serotonin istehsalında iştirak edir.
Şokolad məhsulları isə cinsəl problemlərə təsir göstərməklə yanaşı duyğu vəziyyətini nizama salmağa, depressiyanın bəzi simptomlarını aradan qaldırmağa kömək edir.


Tarix: 16.01.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Cinsəl sağlamlıq