Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aktiv cinsi həyatda bilmədiklərimiz?

ABŞ-da aparılan bir tədqiqata görə ilk illərdə baş vermiş sevgi münasibətləri istər gənclərin, istərsədə böyüklərin gələcəkdə olan sevgi münasibətlərinə yaxşı təsir edirmiş. Müxtəlif internet mənbələrində tez-tez rast gəldiyimiz məlumatlarda isə qeyd olunur ki, gənc və gözəl qalaraq sağlam həyat tərzi sürməkdə aktiv cinsi həyat önəmlidir.
Bu zaman insan beynində yerləşən və insanın əhval ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır. Bunun beyin üçün də faydası böyük olduğu bildirilir.
Əsas səbəbi isə beynin bu əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik bu cinsi aktivlik sayəsində başağrısı, stress kimi problemlər də müəyyən mənada öz həll yolunu tapır. Cəmiyyətimizdə bəzi gənclərimizdə var ki, onlar ailə qurmamışdan əvvəl müxtəlif cinsi yolla keçən xəstəliklərə yoluxa bilərlər.
Bunun əsas səbəbi cəmiyyətimizdə olan əxlaqsız ünsürlər və s. ola bilər. Lakin bu bir həqiqətdir ki, gənclər hər şeyi əvvəlcədən sağlamlıqlarına ciddi fikir verməli, həddindən artıq aktiv cinsi həyat tərzi keçirməməlidirlər. Gənc görünmək üçün həftədə 3 dəfə cinsi əlaqədə olmaq yetərli sayılarkən, üç dəfədən çox olmağın əlavə heç bir faydası olmadığı da müəyyən olunub.
Əgər bu istiqamətdə ciddi problemləriniz olarsa bu zaman müalicə mərkəzlərində müxtəlif üsullarla tətbiq olunan müalicə və terapiyalarda iştirak edə bilərsiniz.
Zərərli işlərdən uzaq olmaq da bu işdə sizlərə kömək edəcək.


Tarix: 16.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Cinsəl sağlamlıq
loading...