beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və kişi orqazmının fərqli cəhətləri

Əvvəla, bunun qeyd olunması vacibdir ki, cinsi əlaqədə olanlarda eyni anda orgazm olmaq deyə bir vaciblilik yoxdur.
Esas olan fizioloji və anatomik gerçəklər səbəbi ilə qadının ya yoldaşıyla birlikdə ya da yoldaşından əvvəl orgazm olmasıdır.
Kişi orgazm olduğu andan etibarən refraktor period adı verdiyimiz dövrə girir. Bu dövrdə ereksiya fəaliyyətini itirməyə başlayır və müəyyən bir müddət kişinin yeni bir əlaqəyə fizioloji və ruhi olaraq hazır olunması müddəti tələb olunur.
Tez-tez edilən cinsi əlaqə sayı artdıqca refraktor periodun müddəti də uzanır. Bu kişilər üçün bir gerçəkdir.
Qadınlarda isə bu refraktor period ya çox qısadır ya da yoxdur. Qadınlar tez-tez dəfələrlə orgazm ola bilərlər və hətta eyni əlaqə içərisində belə çox sayda orgazm ola bilirlər. Bundan əlavə cinsi əlaqədən öncəki dövrün uzun çəkməsi qadınlar üçün çox əhəmiyyətlidir. Qadınların əlaqəyə hazır olmaları kişilərdəki qədər asan deyil. Kifayət qədər hazır olunmadan cinsi əlaqəyə başlandığında cinsiyyət üzvlərində olan bölgələrdə boşalma və sürüşgənlik qeyri-kafi olarsa cinsi əlaqə qadın üçün həzz verməyən bir təcrübəyə çevirilir və təbii olaraq belə bir əlaqədə orgazm baş vermir. Bu baxımdanda "ön sevişmə dövrünün" uzun olması orgazm yaradır və qadınlar üçün çox əhəmiyyətli hesab olunur.


Tarix: 16.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Cinsəl sağlamlıq