beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdmanın cinsəl sağlamlıqda rolu

Artıq çəkidən azad olmaq, aktiv cinsi yaşamınızı bərpa etmək və gümrah olmaq istəyirsinizsə idmanla məşğul olmaq lazımdır.
İdman məşqləri insanın daha cazibədar və gözəl görünməsinə səbəb olur. Həmçinin cinsəl sağlamlıqda cütlərin enerjili və dayanıqlı olmasına imkan yaradır.
Çoxlu məşq edənlərdə cinsi həyat öz qaydasında olur (ürək və noy dayanıqlığı, güc, elastiklik və s.).
Elastik olmaq cinsəl həyatı rəngləndirən cəhətlərdən biridir. Bu baxımdan istək əsnasında rahatlaşdırıcı yoga məşqləri ilə məşğul ola bilərsiniz.
Günümüzdə stressin insan həyatına təsiri haqda çoxlu sayda məlumatlarla tanış oluruq. Həmin məlumatlarda depressiya və stressin cinsəl həyata mənfi təsirləri bildirilir. Məhz bu problemi idman etməklə önləmək olar. Həm seks həm də idman stressi azaldan faktorlardan hesab olunur.
Onuda qeyd etmək lazımdır ki, idman cinsi istək və arzuların artmasına yardımçı olur. Həddindən artıq stress libido zədələyici təsirlərə malikdir.
Sağlam bir qidalanma, yetərli yuxu və məşq libido səviyyəsini artırmağa və canlandırmağa kömək edir.
Cinsi əlaqə zamanı ürək dayanıqlılığı vacib amillərdən biridir. İdman məşqləri ürəyin güclənməsinə, ürək dayanıqlığının istənilən səviyyədə olmasına imkan yaradır.
Həftə ərzində 3-4 gün məşq etmək, qaçmaq, təmiz hava gəzintisində olmaq bu istiqamətdə ən gözəl addımlardan hesab olunur.
Saatlarla üzmə idman növü ilə məşğul olmaqda xeyirlidir. Əgər daha çox bəyəndiyiniz idman növü varsa vaxtınızı həmin istiqamətdə dəyərləndirin.
Çünki, idmanla məşğul olmaq təkcə cinsəl həyata deyil, bütövlükdə insan sağlamlığına xidmət göstərir.


Tarix: 16.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Cinsəl sağlamlıq