Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Viagranin əvəzinə səs dalğaları

İzrailin Hayfa şəhərində fəaliyyət göstərən Rambam Tibb Mərkəzinin əməkdaşları kişilərin ereksiya probleminin həlli yolunda önəmli bir addım atmışdılar.
20-56 yaş arası kişilər üzərində aparılan təcrübə zamanı ereksiya problemindən əziyyət çəkən kişilərə əsasən səs dalğası ilə böyrək də daşları parçalamaq üçün istifadə olunan və litotripsiya (parçalama) adlanan üsulun bir az aşağı səviyyəsini tətbiq ediblər. Təcrübə zamanı kişilərin cinsi orqan nahiyələrinə səs dalğası tətbiq edilib nəticədə həmin nahiyələrdə qan damar sistemində genişlənmə baş verir ki, bu da ereksiyaya köməklik göstərir.
Tədqiqatın 20 kişidən 15-i üzərində müsbət təsirə malik olduğu və heç bir əks təsiri olmadığı müəyyən olunmuşdur.


Tarix: 16.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Cinsəl sağlamlıq
loading...