Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi cinsi funksiya problemlərinin müalicəsi

Cinsi problemlərin müalicəsinin müvəffəqiyyəti həmin problemlərin səbəbləri ilə bağlıdır. Müalicə edilən fiziki pozğunluqlar üçün ilk növbədə əsas planlardan biri mövcud vəziyyətin yaxşılaşdırılmasıdır. Stress, qorxu və ya narahatlıq ilə əlaqədar yüngül pozuqluqlar aradan qaldırılaraq maarifləndirmə və s. effektli üsullarla müalicəyə başlanılır. Onuda qeyd etmək lazımdır ki, kişi cinsi funksiya pozğunluqları fiziki və ya psixoloji problemlərin müalicəsindən də aslıdır.

Müalicə üsulları arasında aşağıdakılar var:

• Tibbi müalicə ilə kişinin cinsi funksiya pozuqluğuna aid olan hər hansı fiziki probleminin həlli reallaşdırılır;
• Dərmanlardan istifadə isə cinsiyyət orqanına qan axışını artıraraq cinsi funksiyanı yaxşılaşdırmağa yönəlik tətbiq olunan üsullardan biridir;
• Hormonlar isə testosteron səviyyələri aşağı olan kişilərin hormon möhkəmlətməsində (testosteron replasman müalicəsi) effektli hesab olunur;
• Psixoloji müalicə zamanı profesional bir məsləhətçinin tövsiyyələrinə əməl etmək vacibdir. Tətbiq olunan müalicə insanın cinsi funksiyası üzərində təsiri ola bilən anksiyet, qorxu və ya günahkarlıq kimi hissləri dəf etməyə imkan verir;
• Mexaniki materiallar - Vakuum cihazları və protezler kimi materiallar kişilərin ereksiya pozğunluqlarına yardımçı ola bilər.
• Cinsəlliklə əlaqədar maarifləndirmə və ünsiyyət etikasına yiyələnmək müalicə prosesində cinsi davranış haqqında vərdişlərə, performansa səbəb olur.

Bundan əlavə həmin biliklər lazımsız qayğıları məğlub etməyə kömək edir.
Xüsusi bilmək lazımdır ki, kişi cinsi problemlərinin önlənməsi üçün zərərli işlər və vərdişlər, spirt, araq, stressli və depressiyalı iş həyatı ziyandır.


Tarix: 16.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Cinsəl sağlamlıq
loading...