beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərdə sonsuzluq...

Hər kəs ömür boyu 3 şeyi etməlidir: ev tikmək, ağac əkmək və nəsil artırmaq. Axırıncını edə bilməyənlər daha çox təəssüflənirlər. Yayılmış bir fikir - "əgər qadın hamilə ola bilmirsə, bu onun öz günahıdır" - çox səhvdir. Alimlər sübut etmişlər ki, sonsuzluq kişilərdə qadınlardan az olmur.

Məsələn, kişi əla ereksiyaya malikdir, özünü çox sağlam hiss edir və birdən məlum olur ki, o - sonsuzdur. Buna inanmaq çətindir. Buna baxmayaraq belə hallar olur. Iş burasındadır ki, kişinin nəsil artırma qabiliyyəti seksual aktivlikdən yox tamamilə spermanın sayından və keyfiyyətindən asılıdır. Kişi orqanizmində saniyədə mindən çox spermatozoid əmələ gəlr. Cinsi yetkinlik vaxtından həyatın sonunadək bu proses aramsız olaraq davam edir. Nə vaxtsa ən sürətli və həyata davamlı spermatozoid qadın yumurtalığını tapir və onu mayalandırır.

Lakin bir çox xəstəliklər və xoşagəlməz faktorlar bu prosesə əngəl törətməyə qabildirlər.

Səbəblər

Kişi sonsuzluğunun əsasında üç problem dayanır: spermatozoidlərin tam olmaması, onların sayının birdən-birə düşməsi, toxumaparma yollarında hərəkətlərinin pozulması və onların bayıra atılması. Mütəxəssislərin hesablamalarına görə kişi sonsuzluğunun nə az, nə çox 16 səbəbi var.

Kişi sonsuzluğunun daha çox yayılmış səbəbləri:

1. Varikosele (15% ) – xaya damarının və toxum kanalcığının böyüməsi (kisəcikdə yerləşmiş, xüsusi olaraq spermanın çıxarılması üçün nəzərdə tutulmuş). Varikosele nəticəsində xayada hərarət artır, iş prinsipi pozulur, deməli spermatozoidlər zədələnirlər.

2. Kişilərin cins üzvlərinin zədələnməsi və defekti (sallanmayan və burulmuş xayalar)- 10-12%.

3. İnfeksion xəstəliklər (10% ). Birinci növbədə cinsi əlaqə yolu ilə ötürülən: qonoreya, sifilis, xlamidioz, trixomoniaz və s. Lakin cinsi infeksiyalardan daha çox kişilərə adi uşaqlıq xəstəliyi parotit – "svinka" təsir edir.

4. Kişi sidik-cins üzvlərinin, məsələn, prostat vəzi(prostatit) və ya sidik kanalının(uretrit) iltihabı.

5. Seksual pozulmalar: ereksiyanın pozulması, vaxtından qabaq toxumaxıtma və s.

6. İmmun pozulmaları: immunitetin işinin pozulması ilə orqanizmdə spermatozoidləri zədələməyə qadir olan xüsusi maddələr əmələ gəlir.

7. Hormonal pozulmalar, məsələn, kişi cinsi hormonunun – testosteronun çatışmamazlığı.

8. Nəhayət, kişi sonsuzluğu bir çox xarici təsirlərin nəticəsində baş verə bilər: psixoaktiv maddələr (alkoqol, tütün, narkotik maddələr, digər preparatlar), pis ekologiya (radiasiya, pestisidlər, vitamin C və sink çatışmamazlığı) və orqanizmə diqqət yetirməmək (dar paltar, tez-tez saunaya getmək, həddən artıq idmanla məşğul olmaq).

Tanınma

Əgər iki illik qoruyucusuz tam cinsi həyat ərzində uşağa qalmaq mümkün olmadısa demək 30-40% ehtimalı ilə kişinin reproduktiv sistemində problem var. Sonsuzluq xəstəlik deyil orqanizmin halıdır, ona görə də tanınma üçün dəqiq xarici simptomları yoxdur. Kişinin saatlarla mikroskopa baxıb öz spermatozoidlərinin sayına görə hər-hansı bir defektini ayırd etməsi əbəsdir.

Sonsuzluğun səbəbini yalnız mütəxəssis - həkim androloq müəyyənləşdirə bilər (yaddan şıxartmaq lazım deyil ki, bu halda sonsuz cьtlьyьn kompleks mьayinəsi keçirilməlidir). Androloq əvvəlcə bir neçə suallar verəcək – uşaqlıqda hansı xəstəlikləri və ya əməliyyatları keçirmisiniz, hansı ziyanlı istehsalatda işləmisiniz, veneroloqa müraciət etmisinizmi və nə vaxt sonsuzluğu hiss etdiniz.

Növbəti dəfə həkim sizə spermoqram verməyi məsləhət görəcək, cins üzvlərinin USM-i və damarların dopleroqrafiyası, cinsi hormonlara və infeksiyaya görə qan analizi. Prostat vəzinin ifrazatı, sidik və immunoloji analizlər də lazım ola bilərlər.

Müalicə

Birinci növbədə sonsuzluğa gətirən səbəblər tapılıb dəf olunmalıdırlar. Bir çox kişilər bilmirlər ki, səbəb adi də ola bilər, məsələn, bəzən alkoqol və tütündən əl çəkmək səbəbi aradan götürməyə kifayət edir. Hormonlar balansının pozulmasında korrektə edən preparatlar yazılır, iltihab və infeksiyada xəstəliyin özünü müalicə edirlər, immunitetlə bağlı problem varsa onu həll edirlər. Daxili cinsiyyət üzvlərinin defektini cərrahiyyə əməliyyatları vasitəsilə aradan götürürlər. Seksual problemlərlə - seksopatoloqlar və psixoterapevtlər məşğul olurlar.

Əsas odur ki, ruhdan düşməyəsən. Hal-hazırda kişi sonsuzluğunun bütün formalarını sağaltmaq mümkündür.
Son variant kimi, süni mayalanma üsulları vasitəsilə uşağa qalmaq imkanından istifadə etmək olar.


Tarix: 16.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Cinsəl sağlamlıq