beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaz Ələsgərova

Almaz Ələsgərova – Azərbaycan Müğənnisi.

Həyatı

A.Ələsgərova 1985 – 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. Hal-hazırda müğənnilik fəaliyyətini davam etdirir.

Fəxri adları, mükafatlar, nailiyyətlər
1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.
1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olmuşdur.
2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil musiqi mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülmüşdür.2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.


Tarix: 21.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Bəstəkarlar Və Müğənnilər