Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sibel Can

Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır.Mündəricat
1 Həyatı
2 Karyerası
3 Albomları
4 Filmləri
5 Serialları
6 Xarici Keçidlər


Həyatı

Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Gazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Karaböcek və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır.

Karyerası

Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu. 1988-ci ildə eyni məkanda mahnı söyləyərək səhnə almağa başladı. İlk zamanlarda albomlarının istehsalçısı kimi Orhan Gencebay çalışmışdır. Eyni il ilk yoldaşı Hakan Uralla evləndi. 1999-cu ildə ilk yoldaşından boşandı və sonrakı il Sulhi Aksüt ilə evləndi. İlk yoldaşından iki, indiki yoldaşından da bir-ümumi üç uşağı var. Sibel Can, 1987-ci ildə Kervan Plakdan ilk albomu olan "Günah Bize" albomunu çıxardı. Bu albomda Orhan Gencebayın böyük dəstəyini gördü. Albom qısa zamanda satış rekordları qırdı. 1988-ci ildə o zamanların məşhur adlarından olan Hakan Ural ilə Zerrin Özerin evində gizli evləndi. Bu evlilikdən daha sonra Engincan və Melisa adında iki uşağı dünyaya gəldi. Hardasa hər il bir albom çıxaran Sibel Can, 1995-ci ildə Raks Müzikə transfer edilmişdir. Böyük bir yüksəliş edən sənətçi, 1999-cu ildə Hakan Uraldan ayrılıb. 2000-ci ildə çıxardığı "İşte Sibel Can, işte türk sanat müziği" adlı albomla yeni bir dövrə addım atdı. Həmin il Sulhi Aksüt ilə evlənmiş və bu evlilikdən Emir adında bir oğlan uşağı dünyaya gətirmişdir. Sibel Can, albom çalışmalarının yanında bir çox serialda və filmdə yer almışdır. "Kaldırım Çiçeği", "Gülüm", "Bize Ne Oldu?" ve "Berivan" kimi seriallarda rol almışdır. 2001-ci ildən bəri Emre Plak ilə işləyən sənətçi 2007-ci ildə "Akşam Sefası" adlı albomunu çıxarıb. Bu albomdakı Çakmak Çakmak adlı sinqlla böyük bir uğur qazandı. 2009-cu ildə Benim Adım Aşk adlı albom çıxaran Sibel Can, ən son bu il-2001-ci ildə "Seyyah" adlı albomunu çıxarmışdır.

Albomları
Günah Bize (1987)
Bulursun Beni (1988)
Rüyalarda Buluşuruz (1989)
Hasretim (1990)
Bir Güneş Batışında (1991)
Seni Sevmek (1992)
Hayat Devam Ediyor (1993)
Hatırasıdır (1994)
Şarkılar da Senden Yana (1995)
Bu Devirde (1997)
Daha Yolun Başındayım (1999)
İşte Türk Sanat Müziği, İşte Sibel Can (2000)
Canım Benim (2001)
Sen Benimsin (2003)
Özledin mi? (2005)
Akşam Sefası (2007)
Benim Adım Aşk (2009)
Seyyah (2011)

Filmləri
Papatya ile Karabiber / rol: Papatya (2002)

Serialları
Kaldırım Çiçeği / rol: Aslı (1996)
Gülüm / rol: Gül (1997)
Sibel / rol: Sibel (1998)
Bize Ne Oldu? / rol: Kezban (1999)
Berivan / rol: Berivan (2002)
Saklambaç / rol: Fidan (2005)
Ah İstanbul / rol: Hayat (2006)


Tarix: 21.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 841 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...