Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ajda Pekkan

Ajda Pekkan (d.12 fevral, 1946) — Türkiyəli pop müğənni və aktrisa.

Həyatı

Əsl adı Ayşe Ajda Pekkan. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib.

Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətini 1965-ci ildə Türkiyədə başladı. Keçən əsrin 70-ci illərində Avropada tanındı. 20-dən çox musiqi albomu buraxdı və 30 milliondan çox albom satdı.

19 aprel 1980-ci ildə Hollandiyada Eurovision Song Contest müsabiqəsində "Pet'r Neft» mahnısı ilə Türkiyəni təmsil edib və 15-ci yeri tutub.

Albomları
Cool Kadın (2006)
Sen İste (2003)
Diva (2000)
The Best of Ajda (1998)
Ajda Pekkan (1996)
Ajda 93 (1993)
Seni Seçtim (1991)
Ajda 1990 (1990)
Superstar IV (1987)
Ajda Pekkan – Bes Yil Önce On Yi Sonra (1984)
Superstar III (1983)
Sevdim Seni (1982)
Sen Mutlu Ol (1981)
Superstar II (1979)
Pour Lui (1978)
Superstar (1977)
La Fete A L’Olympia (1976)
Ajda (1975)
Ajda Pekkan Vol III (1972)
Fecri Ebcioglu Sunar (1969)
Ajda Pekkan (1968)


Tarix: 21.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 428 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...