Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif İslamzadə

Akif İslamzadə — Azərbaycanlı müğənniMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar


Həyatı

Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, Sari gəlin və bu gecə diqqətlərı cəlb edib.

Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub[1].
Xanəndə Sara Qədimovanın oğludur.

Filmoqrafiya
Qərib cinlər diyarında (film, 1977)
Qayınana (film, 1978)
Nəğməkar torpaq (film, 1981)
Üzeyir ömrü (film, 1981)
Evləri köndələn yar (film, 1982)
Tənha narın nağılı (film, 1984)
Xüsusi vəziyyət (film, 1986)


Tarix: 21.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...