beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülbən Ərgən

Gülben Ergen — Türkiyə pop musiqiçis, aparıcı, model və aktrisası.

25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur.

Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır.

Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı.

İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü.

Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi.

Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu.

1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.

Eyni ildə "Gümbür Gümbür Gülbəncə" televiziya proqramını aparmağa başladı.

"Uçacaqsın", "Gülbən Ərgən", "Aşk hiç bitməz" albomlarını satışa çıxardı. Ən sonuncu albomu 2009-cu ildə çıxan "Uzun yol şarkıları" albomu oldu. Bu albomdan "Giden günlerim oldu" mahnısı Türkiyədə ən çox dinlənilən mahnı seçildi.

Mustafa Ərdoğanla evlidir. Üç uşağı var.

Gülbən hal-hazırda İstanbulda yaşayır.Mündəricat
1 Albomları
2 TV Serialları
3 Mənbə
4 Xarici keçidlər


Albomları

6 albom və 1 single`ı vardır.
Merhaba (1996)
Kör Âşık (1999)
Sade ve Sadece (2002)
Uçacaksın (2004)
9+1 Fıkır Fıkır (2005)
Gülben Ergen (2006)
Aşk Hiç Bitmez (2008)

TV Serialları
Hanımın Çiftliği (1990)
Fırat (1994)
Marziye (1998-2000)
Dadı (2000-2002)
Hürrem Sultan (dizi) (2002-2003)
Gönül (2006)


Tarix: 21.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Bəstəkarlar Və Müğənnilər