beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Covdet Haciyev

Hacıyev Cövdət İsmayıl oğlu —
azərbaycanlı bəstəkar, Bakı Musiqi
Akademiyasının professoru, SSRİ Dövlət
mükafatları laureatı, əməkdar incəsənət
xadimi, Azərbaycanın xalq artisti.
Həyatı
Cövdət Hacıyev 1917-ci ildə
Azərbaycanın Şəki şəhərində anadan
оlmuşdur. О, оrta təhsilini başa
vurduqdan sоnra 1935-1938-ci illərdə
Azərbaycan Dövlət Kоnservatоriyasında,
1938–1941-ci illərdə isə Mоskva
Kоnservatоriyasında оxumuş və
müharibə illərində yarımçıq qalmış
təhsilini sоnralar davam etdirərək,
1947-ci ildə bəstəkar Dmitri
Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci
ildən ömrünün sоnuna qədər
bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı
Musiqi Akademiyasında dərs demiş,
1957-1969-cu illərdə isə bu ali musiqi
təhsil оcağının rektоru vəzifəsində
çalışmışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin
inkişafında böyük rol oynamış Cövdət
Hacıyev ölkəmizdə peşəkar musiqi
kadrlarının hazırlamasında da misilsiz
xidmətlər göstərmişdir. O, Azərbaycan
bəstəkarlarının bir neçə nəslini
yetişdirmiş gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi
mədəniyyətinin inkişafı və təbliğindəki
xidmətləri yüksək qiymətləndirilmişdir.
O, iki dəfə SSRİ Dövlət mükafatına layiq
görülmüş, bir çox orden və medallarla, о
cümlədən Azərbaycan Respublikasının
ali mükafatı – "Şöhrət" ordeni ilə təltif
olunmuşdur.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-
də ömrünün 85-ci ilində vəfat etmişdir.
Rəqqasə Əminə Dilbazinin həyat
yoldaşıdır.
↑Bir bölüm geriyə dön
Fəaliyyəti
Azərbaycanda musiqi simfoniyasının
banilərindən biri olan C.Hacıyev yaratdığı
simfoniyalarda, "Sülh uğrunda" simfonik
poemasında öz dövrünün ən mühüm
problemlərinə toxunaraq onları lirik-
dramatik tərzdə əks etdirmişdir. Qara
Qarayevlə birgə bəstələdiyi "Vətən"
operası, kamera-instrumental və
fortopiano əsərləri də C.Hacıyev
yaradıcılığında əhəmiyyətli yer tutur. O,
hələ tələbəlik illərində ilk böyük əsəri
olan bir hissəli "Simfoniya"nı, iki
simfonik poemasını, "Azərbaycan
süitası"nı simli kvartet və sair əsərlərini
bəstələmişdir. 1945-ci ildə Qara
Qarayevlə birlikdə yazdığı "Vətən"
operasına görə SSRİ Dövət mükafatına
layiq görülmüşdür.
Cövdət Hacıyev ümumilikdə səkkiz
simfoniya müəllifidir. Onun simfonik
musiqisini qəhrəmanlıq motivləri,
humanizm, insanın mənəvi gözəlliyinin
tərənnümü səciyyələndirir. Bəstəkar bu
simfoniyalarda Azərbaycan xalq
musiqisinin müxtəlif janrlarının bədii
ifadə vasitələrindən, inkişaf
prinsiplərindən məharətlə istifadə
etmişdir. Cövdət Hacıyev həmçinin
simfoniyetta, oratoriya, ballada, sonata,
skerso və kvartet poemanın, xor üçün
bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin "Zirvələrə" adlanan
altıncı və "Şəhidlər" adlı yeddinci
simfoniyaları sənətkarın vətəndaşlıq
mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər"
simfoniyası Azərbaycanın müstəqilliyi
uğrunda canlarını qurban vermiş
şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin "Onu zaman seçib" adlı
səkkizinci simfoniyası Azərbaycanın
prezidenti Heydər Əliyevə həsr olunub.
↑Bir bölüm geriyə dön
Filmoqrafiya
1. Ordenli Azərbaycan (film, 1938)
2. Prima (film, 1992)
3. Həqiqətin özü (film, 2008)
4. Bir ovuc torpaq (film, 2009)
↑Bir bölüm geriyə dön


Tarix: 17.01.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 805 Bölmə: Bəstəkarlar Və Müğənnilər