beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natəvan Həbibi

Natəvan Həbibi – azərbaycanlı müğənni, aparıcı, "W-Trio" qrupunun eks solisti.

Həyatı

Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Daha sonradan Azərbaycana köçüb. Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda oxumağa başlayıb. Qrup dağıldıqdan sonra solo karyeraya başlayır. 2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. 2009-cu ildən sonra "Səni sevən mənəm", "Təyyarələr" və s. hitləri ilə hitparadlarda yüksək yerlərə qalxıb. 2010-cu ildə Xəzər TV-də veriliş aparıcısı olub. 2011-ci ildə Azərbaycanı "Turkvision" müsabiqəsində təmsil edib.


Tarix: 13.01.2013 / 13:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Bəstəkarlar Və Müğənnilər