beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannalılar

Mannallılar – Azərbaycanda yaşayan yerli etnoslardan biri.

Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.


Tarix: 15.01.2015 / 19:28 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎