beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xan Şamlı Öldürülməsinin təsiri

1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzivər sultan Şamlı mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman Böyük Moğollardan olan Sultan Hümayunun tabeliyindəki Qəndəhar şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Kamran mirzə iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi. Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam mirzə özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə "qiyam təhrikçisini" edam etdirib başlarını şaha göndərdi.


Tarix: 14.01.2015 / 17:16 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎