beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İppuliya

İ p p u l i y a – türkcə ip – bacarıqlı, mahir, istedadlı, qabiliyyətli və bul, bol, (mixi yazıda -o və -u səsləri eyni işarə ilə yazılırdı) – mərd, qoçaq, igid sözlərindəndir. Erkən orta əsrlərdə bolqar xanı İsbul, Hun şahzadəsi Bel (yazılışı yunancadır –, Hun xaqanı Bleda (yazılışı yunancadır, bol, bul və ata sözlərindən), Xəzər xaqanı Blucan, Xəzər xaqanı Bulan, qıpçaqlarda Boluş, türk xaqanlarından Pulixan (türk xaqanlığında VI əsrdə Toboxanın qardaşı), VII əsrdə xəzərlərdə Bulişad, IX əsrdə uyğurlarda Bulixan[24], XIII əsrdə monqollarda Buluqan, XVIII əsrdə karakalpaklarda Puliçik, Koroğlu dastanında Bolubəy və b. şəxs adları ilə müqayisə olunur. Ad bacarıqlı (istedadlı, mahir, qabiliyyətli) igid mənasındadır. Adın əvvəlindəki ip komponenti VI əsrdə Altayda türk xaqanı İbi Tulunun adındakı -ib komponenti ilə eynidir.


Tarix: 15.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎