beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərbəlayi Miralılar

Tarixi
Kərbəlayi Miralılar soyu Seyidli oymağının sayılıb-seçilən tarixi keçmişə malik nəsillərindən biridir. Din xadimləri, tacirləri ilə tanınmış soy öz adını Kərbəlayi Mirəlinin adından almışdır. Kərbəlayı Mirəli XVIII əsrin ortalarında anadan olmuşdur. O, mükəmməl dini təhsil almış, zəmanəsinin savadlı, müdrik din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Mirəlı adı ilə tanınmışdır. Kərbəlayi Mirəlı təxminən 1826-cı ildə Seyidli oymağında vəfat etmişdir. Onun Ağamalı, Ramazan, İsmayıl, Mirəli adlı oğlanları olmuşdur. Nəsil XIX-XX əsrlərdə Əliyev soyadı ilə tanınmışdır. Hazırda Kərbəlayi Mirəlinin oğlu İsmayılın nəsli İsmayılov soyadı ilə tanınır. [1]

Xeyriyyəçilik fəaliyyətinə görə o, Qarabağın mesenatlarından sayılmış Hacı Zeynalabdin Əliyev Kərbəlayi Miralılar soyundandır.[2]

Qarabağın tanınmış, savadlı din xadimləri Axund Molla Mustafa Ağamalı oğlu, onun oğlu Axund Molla Zülfüqar, Molla Məhəmməd Əliyev və başqaları Kərbəlayi Miralılar soyuna mənsubdur. Hər üçünün mükəmməl mədrəsə təhsili var imiş. [3]

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədovun anası Seyidə xanım Axund Molla Mustafanın bacısı Məşədi Xırda xanım Ağamalı qızının nəvəsidir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru; professor Zakir Məmmədov ana tərəfdən Axund Molla Mustafanın bacısı Məşədi Xırda xanım Ağamalı qızının kötücəsidir.


Tarix: 15.01.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎