beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağqoyunlu dövləti - Dövlət quruluşu

Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.


Tarix: 13.01.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎