beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlıların soyqırımı günü Hollandiyada

Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin və onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə Rotterdam şəhərində 31 mart–Azərbaycanlıların soyqırımı günü ilə bağlı 2009-cu ilin mart ayında etiraz aksiyası keçirilib.

Tədbirə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri qatılıblar. Aksiyada iştirak etmiş 150-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi ağ köynəklər geyinib, başlarına mavi papaq qoyublar. Etiraz aksiyasına toplaşanlar holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndiriblər. Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu Holland dilində hazırlanmış 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanıb.


Tarix: 21.01.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanlı sülalələr