beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı soyqırımı qurbanlarının siyahısı

Xocalı soyqırımı qurbanlarının siyahısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım qurbanları haqqındadır.

Bu qanlı aksiya zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir


Tarix: 21.01.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycanlı sülalələr