beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müvəqqəti sülh

Nadir şah tərəfdən daha bir məğlubiyətə uğradılan, heratlılar, onun şərtlərinə razılaşdılar və bəxşişlərlə onun yanına gəldilər. 1729-cu ilin iyununda ümumi razılıq əsasında sülh bağlandı. Allahyar Heratın hakimi olaraq qalırdı ama Səfəvilərin adından idarə etməliydi. Abdalı tayfası xəzinəyə vergi verməyi boyun oldular. Nadir Heratda öz qarnizonunu, yerli camaatı qəzəbləndirməmək üçün yerləşdirmədi. Hər iki tərəf sövdələşməni müvəqqəti hesab edirdi. Heratda olduqca gərgin vəziyət hökm sürürdü. Bu barədə Barnabadinin "Təzkirə"sində belə nəql olunur ki, Nadirlə birlikdə Herat əyalətini şiələr də tərk etdi. Onlar bunu təhlükəsizliklərinə görə etdilər. O cümlədən, bir neçə illiyə öz doğma yurdlarını ruhanilərdən olan mülkədarlar - Barnabadilər nəslinin nümayəndələri də tərk etdilər. Elə həmin vaxt Xorasanın şimalına şiə-cəmşid tayfaları yerləşdi.[7]

Nadirin nisbətən yumşaq şərtləri, onun tutduqları İsfahandan hər tərəfə hakimiyətlərini yayan və o zaman artıq Səmnanı mühasirəyə alan qilzaylarla gözlənilən müharibədə iki cəbhəyə vuruşmamaq niyyətindən irəli gəlirdi.

Nadir qısa zaman ərzində əfqanları oradan qovaraq İsfahanı geri aldı, və Osmanlılarla münasibətlərdə müəyyən uğurlara nail oldu. Bundan sonra o yenə bütün diqqətini Herat əyalətinə yönəltdi, çünki iki-üç il ərzində abdalı mühitində Səfəvi hakimiyətinə qarşı yenə narazlıq qalxdı, buna böyük dərəcədə əfqanların Qəndəhar hakimi Hüseynin onlarla sövdələşməsi təkan verdi. Nəticədə heratlılar, Nadir qarşısında götürdüyü öhdəliklərə əməl etməsinə görə Allahyarı qovdular, və daha aqressiv Zülfüqarı çağırdılar, o isə Herata gələrək, Məşhəd üzərinə yürüşə hazırlaşmağa başladı. Bundan xəbər tutan Allahyar da olduğu Maruçakdan, Məşhədə tələsdi. Lakin Zülfiqarın Məşhədi almaq üçün yetərincə qüvvəsi olmadığına görə o bir neçə kiçik toqquşmadan sonra Herata qayıtdı. Elə ki Nadirin abdalı tayfasına qarşı yeni yürüş barədə məlum oldu, Zülfiqar bunu dəf etmək üçün düşünməyə başladı. O bu məqsədlə, əvvəllər heratlıları Səfəvi hakimiyətindən qurtulmağa çağıran Gəndəhar hakimi Hüseynə müraciyət etdi. Hüseynin bu barədə öz niyyəti vardı, o Nadirin abdalı tayfası ilə toqquşmasında maraqlı idi. Çünki bu halda onlar qarşılıqlı olaraq tükənib Qəndəhara təhdid ola bilməyəcəkdi. Buna görə o Nadirlə əlaqələri düzəltmək istəyirdi və eyni zamanda Nadirə qarşı Zülfiqara kömək kimi 2-3 minlik seçmə qoşun göndərmişdi.


Tarix: 21.01.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanlı sülalələr