beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdalı tayfası ilə gilzayların toqquşması

Şah sarayı abdalı tayfasının genişlənən hərəkatını yatırmaq üçün son cəhd etdi. Bəzi mənbələrə görə bu 1719-cu ildə baş verdi. Bu məqsədlə Xorasana, sayı 35 min olan yaxşı təchiz olunmuş korpus və artilleriya ilə, Səfi Qulu xan göndərildi. Nişapurda o, şimaldan gəlmiş və özbaşınalıq edən türkmənlərə görə yubanmalı oldu. Onları məğlub edərək, Səfi qulu xan Məşhədə daxil oldu, qısa dincdən sonra Herata yollandı. Lakin burada o Əsədullaya məğlub oldu və özünü barıt çəlləyi ilə partlatdı. Heratda möhkəmlənən Əsədulla Qəndəharda yerləşən gilzaylarla müharibəyə hazırlaşmağa başladı.

Əsədullanın abdalı tayfası ilə Mahmudun gilzayları arasında həlledici döyüş, Fərəhdən təxminən 120 km şərqdə, Dilaram yanında baş verdi. Abdalı sarsıdıcı məğlubiyətə uğradılar. Əsədulla xan öldürüldü.


Tarix: 21.01.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanlı sülalələr