Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar

Həyatı
Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı.

Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. («Əl-məsair vəl-asar»-«Hünərlər və əsərlər»)


Tarix: 21.01.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Azərbaycanlı sülalələr
loading...