Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfşar sülaləsinin hakimiyyətə gəlməsi

Nadirqulu xan Əfşar 1730-1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732-1736-cı illərdə isə şahın qəyyumu idi. 1732-1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşanda (indiki Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü İranın şahı elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi.


Tarix: 21.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 18 Bölmə: Azərbaycanlı sülalələr
loading...