Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədtağı mirzə Qovanlı-Qacar

Həyatı
Məhəmmədtağı mirzə Fətəli şah oğlu 1789-cu ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Hüsaməddövlə ləqəbini daşıyırdı. O, 1826-cı ildən 1829-cu ilədək Kerman əyalətinin, 1831-ci ildən 1834-cü ilədək Borucird vilayətinin valisi olmuşdu. 1834-cü ildə tutulub Təbrizə gətirilmişdi. Ordan Ərdəbil zindanına göndərilmişdi. 1848-ci ilədək zindanda qalmışdı.

Məhəmmədtağı mirzə Qovanlı-Qacar şair idi. Şövkət təxəllüsü ilə fars dilində şeirlər yazırdı.


Tarix: 19.01.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycanlı sülalələr
loading...